Fevralın 26-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm sərgisi açılıb.
Sərgidə azərbaycanlı rəssam Nazim Məmmədov və fransalı rəssam Reno Baltzingerin əsərləri nümayiş olunur.
Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası və “Arts Council Azerbaijan”ın birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgi martın 2-dək davam edəcək. /azertag.az/