“Şərq - əziyyətli işdir”-FOTOLENT

“Şərq - əziyyətli işdir”-FOTOLENT
19 sentyabr 2013
# 13:56

Bu başlığı rus saytlarından biri sərgidən bəhs edən məqaləsi üçün seçmişdir. Kulis.azın Gazeta.ru saytına istinadən verdiyi xəbərə görə Rusiyanın Müasir Tarix Muzeyində “Sovet Şərqinin şüarları-1918-1940” adında sərgi açılmışdır.

Sərgi sovet quruculuq illərinin tarixi-siyasi təbliğatını əks etdirir. Din əleyhinə təbliğat, qadınların xilası, əməyə çağırış bu plakatların əsas mövzusudur. Plakatların özəlliyi onların şərq koloritində olmasıdır.

Plakatların bəziləri bu janrın Dmitri Moor, Viktor Deni kimi ustalarının işlərinin surətlərindən ibarət olsa da burada yerli rəssamlar balaca bir redaktə aparıblar - ruhani atalar mollalarla, dehqanlar saqqallı müsəlman kəndliləri ilə əvəz olunub.

Deislamlaşma və kollektivləşmə şüarları arasında çox cəsarətliləri də var. Sərgi ehtiva etdiyi tarixi həqiqətlərlə birgə ironik, nostalji xarakter də daşıyır.

# 1933 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #