Aktrisanı fahişə bilib saxladılar

Aktrisanı fahişə bilib saxladılar
15 sentyabr 2014
# 12:50

Polislər kinoaktrisa Daniel Uotssu fahişəliyə görə saxlayıblar. Kulis.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Hadisə Los-Ancelesdə baş verib.

Aktrisa telefonda danışa-danışa əri Brayan Ceyms Lukası öpürmüş. Bu vaxt polislər tərəfindən saxlanılıb. Uotss şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina etdiyi üçün polislər onu qandallayıb patrullar üçün nəzərdə tutulmuş avtomobilə mindiriblər. Bu barədə Uotss Facebook profilində xəbər yayıb.

Aktrisanın şəxsiyyətini müəyyən etdikdən sonra polislər onu sərbəst buraxıb.

Daniel Uotss polis avtomobilində olarkən bir vaxtlar atasının polislər tərəfindən səbəbsiz alçaldılması hadisəsini xatırlayıb. Aktrisa hüquq müdafiəçilərinin davranışının onu ağlamağa məcbur etdiyini söyləyib.

Xatırladaq ki, Daniel Uotss məşhur rejissor Kventin Tarantinonun “Azad olunmuş Canqo” filmindəki qul qız Koko rolu ilə məşhurlaşıb.

# 1617 dəfə oxunub

Müəllifin son yazıları

# # #