Moskvada ilk online-teatrlar yaranıb

Moskvada ilk online-teatrlar yaranıb
21 yanvar 2015
# 18:01

Kulis.az-ın teatral-online.ru-ya istinadən verdiyi xəbərə görə, Moskvanın aparıcı teatr tamaşalarının online nümayişi mümkün olub.

Mənbənin yazdığına görə, tamaşalara HD keyfiyyətlə onlineteatr.com saytından baxmaq mümkün olacaq. Layihəyə Mayakovski teatrı, Vaxtanqov teatrı, Satira Teatrı, həmçinin aktyorlar Vladimir Etuş, Vladimir Simonov, Aleksey Quskov, Anna Ardova, İqor Kostolevvskiy və Sergey Makovetskiy qoşulub. Portalın yaradıcıları Rusiyanın başqa şəhərlərindən də tamaşanın canlı nümayişini təqdim etmək fikrindədirlər. Hazırda resursun texniki imkanlarını genişləndirmək istiqamətində işlər görülür. Məsələn, Vaxtanqov Teatrında kameralara qoşulmaqla tamaşaçı planları seçə bilər. Gələcəkdə bu imkan o biri teatrlarla da mümkün olacaq.

Hələlik sayt rus klassik teatrını təqdim edir. Yaxın bir-iki ildə müasir janrda tamaşaların da nümayişi mümkün olacaq.

# 939 dəfə oxunub

Müəllifin son yazıları

# # #