Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi sentyabr ayının 10-da Şəki şəhərində baş tutacaq. Kulis.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə sentyabr ayının 11-dən isə Şəki şəhərində I Beynəlxalq Teatr Festivalı öz işinə start verəcək.
Festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı nəzərdə tutulmuş festivalda Qazaxıstan, Kalmık və bir sıra başqa xarici ölkələrin teatr kollektivlərinin iştirakı da nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində Azərbaycanın görkəmli komediya aktyoru Lütfəli Abdullayevin büstünün də açılışı gözlənilir.