Fevralın 15-də 64-cü ənənəvi Berlin Beynəlxalq Kinofestivalı başa çatıb. Kulis.Azın məlumatına görə ”Qozbel dağlar” filminin prodüseri, ABŞ-dan olan Jeyms Şamusun rəhbərlik etdiyi beynəlxalq jüri əsas mükafatı – “Qızıl ayı”nı “Qara kömür, nazik buz” adlı Çin filminə verib.
Münsiflər heyətinin Qran-Prisini Ues Andersenin alman-amerikan filmi “Qrand Budapeşt oteli” filmi qazanıb.
Yeni perespektivlərin açılması üzrə Alfred Bauer adına mükafat fransız Alen Renenin “Sevmək, içmək və oxumaq” filminə verilib.
“Gümüş ayı”nı ən yaxşı rejissor işinə görə, amerikalı rejissor Riçard Linkleyter “Boyhood” filminə görə alıb.
“Ən yaxşı ssenari”yə görə alman filmi, Ditrix Brüqmanın “Xaç yolu” filmi mükafatlandırılıb.
Ən yaxşı kişi roluna görə mükafatı “Qara kömür, nazik buz” filminin iştirakçısı Lyao Fan qazanıb. “Ən yaxşı qadın rolu”na görə “Gümüş ayı”nı “Balaca ev” filmindəki roluna görə yaponiyalı aktrisa Xaru Kuroki qazanıb.
Bədii nailiyyətinə görə mükafatı Çin-alman filmi “Massaj”ın operatoru Çanq Çenq alıb.