"Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, Əməkdar Artist Fərhunə Atakişiyevanın tələbədən 5 min manat rüşvət aldığı üçün universitetdən qovuması ilə bağlı mətbuatda yayılan xəbərlərin heç bir əsası yoxdur".
Bunu Kulis.az-a verdiyi açıqlamada universitetin mətbuat xidmətinin rəhbəri Nərmin Qaralova deyib.
Nərmin Qaralova bildirib ki, Fərhunə Atakişiyeva universitetdən indi yox, iki ay bundan əvvəl öz ərizəsi ilə ayrılıb: "İyirmi il idi ki, pedaqoji fəaliyyətlə məşğul idi, indi ailə vəziyyəti ilə əlaqədar fəaliyyətini başqa istiqamətdə davam etdirmək istədi. Bu xəbəri yayanlar qərəzlidir".
Səhnə danışığı kafedrasına rəhbər hələ təyin olunmayıb.