Aprelin 14-də Rus Dram Teatrında Ceyn Ostinin məşhur “Qürur və qərəz” romanı əsasında eyniadlı tamaşa təqdim olunub. Üç gün əvvəl biletlərin qurtardığını bəyan edən teatrda gözlənilən anşlaq yaşanıb.
İlqar Safatın rejissorluğu ilə hazırlanan tamaşada səhnələşdirmənin müəllifi Valentin Reznikovdur. Tamaşada Yeganə Hüseynova - Lidiya, Oleq Əmirbəyov - Mister Dersi, Mariya Dubovitskaya - Elizabet, Lalə Rüstəmova - Missis Benneti, Yuri Omelçenko - Corc Uikhemi rollarını ifa edib.
Xatırladaq ki, ötən ay üçün “Qanun,” nəşriyyatı ən çox satılan kitab kimi “Qürur və qərəz”-i göstərmişdi. Əsər yazıldıqdan sonra dünyada kinosunda altı dəfə ekranlaşdırılıb.