Əməkdar artist əməliyyat olunacaq

Əməkdar artist əməliyyat olunacaq
5 yanvar 2015
# 17:16

Uzun müddət xəstəlikdən əziyyət çəkən Əməkdar Artist, Musiqili Komediya Teatrının aktrisası Gülnar Salmanova sabah cərrahi əməliyyat keçirəcəyini söyləyib.

Aktrisanın kulis.az-a verdiyi xəbərə görə, əməliyyat “damar genişlənməsi” patologiyasına görə “Style medical” tibb mərkəzində aparılacaq və əməliyyatın xərclərini Səhiyyə Nazirliyi öz üzərinə götürüb:

“Səhhətimdə ciddi problemlər var. Böyrəyim tamamən fəaliyyətsizdir. Vəziyyətimlə əlaqədar ölkə prezidentinə məktub yazmışam. İnşallah, sabahkı əməliyyatı keçirdikdən sonra Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanada müayinədən keçəcəyəm. Yəqin ki, böyrək transplantasiyası lazımdır... Bu vaxta qədər səhhətim imkan verməyib müayinədən keçim. İndi sağ olsunlar, deyiblər ki, müayinədən keç, baxaq ki nə etmək lazımdır...

Mədəniyyət və Turizm Nazirliyinə də, işlədiyim teatrın rəhbərliyinə də, Səhiyyə Nazirliyinə də, xüsusən nazirliyin şöbə müdiri Sitarə xanıma göstərdikləri diqqətə görə, öz minnətdarlığımı bildirirəm”.

# 1527 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #