Kulis.az-ın “3 ən yaxşı Azərbaycan romanı” sorğusunun nəticələri diskussiyaya səbəb olub. Şair Rasim Qaraca sorğu nəticəsinə münasibətini bildirib:
“Rəy sorğusunun nəticələrinə baxdıqda, göz ayarı, Yusif Səmədoğlunun "Qətl Günü" romanının səs çoxluğu qazandığını görmək mümkündür. Bu əsər Azərbaycandan kənarda heç bir dəyər daşımır və daşıya bilməz, çünki məşhur "Master və Marqarita" əsərinin yerəl kopyasından başqa bir şey deyil.
Bu əsərin seçilməsinin səbəbini hətta yazıçılarımızın belə köhnə ədəbiyyat stereotiplərindən qopa bilməmələriylə izah edirəm. Bir zamanlar dünya ədəbiyyatında hakim olan mistik-realitə artıq ömrünü tükədib, biz bunun fərqinə varmalıyıq. Dokumental proza - çağdaş nəsrdə aparıcı olan bu cərəyana Azərbaycan yazarları da keçməlidir artıq, deyə düşünürəm”