İngilis yazıçı Erika Ceymsin "Bozun əlli çaları" bestselleri əsasında Sem Teylor-Consonun çəkdiyi eyniadlı film fevralın 12-dən Bakıda, Nizami Kino Mərkəzi, Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
Kulis.azın Park Cinema-dan aldığı xəbərə görə, sözügedən film 18+ məhdudiyyəti ilə rus dilində nümayiş olunacaq. Ceymi Dornan, Dakota Conso, Lyuk Qrams, Viktor Rasukun çəkildiyi film tələbə Anasteyşa və BDSM-lə maraqlanan milyarder Kristian Qrey arasındakı münasibətlərdən bəhs edir…
Qeyd edək ki, Böyük Britaniyanın Filmləri Təsnifatlandırma Şurası “Bozun 50 çaları” filminə “18+” bildirişi təyin edib. Qərar filmdəki qəddar seks səhnələrinə görə verilib.