Bəstəkarımız mükafatlandırılıb

Bəstəkarımız mükafatlandırılıb
10 fevral 2015
# 11:45

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin əsərinin də daxil olduğu məşhur Amerika skripkaçısı Hillari Hanın "Deutsche Grammofon" albomu "Grammy" mükafatına layiq görülüb. Kulis.az-ın Mədəniyyət və Turizm nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.

“İlin mahnısı” və “İlin musiqi yazısı” nominasiyalarına britaniyalı Sem Smit layiq görülüb. Ona bu mükafatı “Stay with me” mahnısı gətirib. Sem Smit həmçinin “Ən yaxşı yeni ifaçı” nominasiyası üzrə də qalib olub. Bununla da o, “Böyük dördlük” nominasiyalarından üçünü qazana bilib. Sonuncu - “İlin ən yaxşı albomu” mükafatına isə amerikalı musiqiçi və bəstəkar Bek Hensonun “Morning Phase” albomu layiq görülüb.

# 823 dəfə oxunub

Müəllifin son yazıları

# # #