Akademik Milli Dram Teatrında "Şorgöz deputat"

Akademik Milli Dram Teatrında "Şorgöz deputat"
10 iyun 2013
# 16:05

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rey Kuninin "Kişi, qadın, pəncərə, meyit" əsəri əsasında hazırlanmış "Şorgöz deputat" tamaşasının premyerası olub.

Kulis.az-ın verdiyi xəbərə görə, Rey Kuninin bu pyesini Azərbaycan dilinə tamaşanın quruluşçu rejissoru Nicat Kazımov çevirib. Tamaşadakı bütün hadisələr bir otel otağında baş verir. Lordlar Palatasının deputatı Riçard Uilli məşuqəsi olan müxalifət liderinin katibəsi Ceyn Uorzinq ilə birlikdə vaxt keçirmək üçün bir otelə gəlirlər. Burda məlum olur ki, otel otağında cəsəd var.

Deputat cəsədi yoxa çıxarmaq üçün köməkçisi Corc Piqdeni çağırır. Bu zaman ayrı-ayrı məqamlarda otağa otelin müdiri, otel xidmətçisi, məşuqənin əri Ronni, deputatın arvadı Pamela və bir çox insanlar gəlirlər. Cəsədi saxlamaq, otel otağına niyə gəldiklərini gizlətmək üçün deputat, məşuqəsi və köməkçisi o qədər yalanlar uydururlar ki, axırda özləri də yalanların içərisində çaşıb qalırlar. Bütün bunlar komik situasiyaların sadəcə bir hissəsidi...

# 2612 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #