Uzun sürən ağır xəstəlikdən sonra əməkdar artist, aktyor Muxtar İbadov 58 yaşında vəfat edib.
Bu barədə Kulis.az-a onun həmkarları məlumat veriblər.
Muxtar İbadov əvvəllər Şəki Dövlət Dram Teatrında, daha sonra isə Gənclər Teatrında işləyib.
“Sarı gəlin”, “Köpək”, “Cavid ömrü”, “Qətl günü” kimi filmlərdə oynayıb.
Allah rəhmət eləsin!