“Azərbaycan Teatrı 140” adlı sərgi keçiriləcək

“Azərbaycan Teatrı 140” adlı sərgi keçiriləcək
21 iyun 2013
# 12:04

Azərbaycan teatrının 140 ilik yubileyinə həsr olunmuş sərgi açılacaq. Kulis.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən təşkil olunmuş "Azərbaycan Teatrı 140" adlı sərgi 2013-cü il iyun ayının 24-dən 26-dək davam edəcək. Sərgidə Azərbaycanın görkəmli teatr rəssamlarının müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşalara çəkdikləri teatr eskizləri nümayiş etdiriləcək.

Sərginin açılışı 2013-cü il iyun ayının 24-də saat 17:00-da "Qalereya-1969" Qalereyasında olacaq.

# 1208 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #