Teatr rəhbəri: "Mədət Quliyevdən mukafat almaq şərəfdir"

Teatr rəhbəri: "Mədət Quliyevdən mukafat almaq şərəfdir"
12 yanvar 2018
# 15:34

“Milli Qəhrəman Mədət Quliyevdən mukafat almaq şərəfdir”.

Bu sözləri kulis.az-a açıqlamasında rəhbərlik etdiyi kollektivin ötənilki uğurlarından danışan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, Əliqismət Lalayev bildirib.

Əliqismət Lalayev qeyd edib ki, əməyə görə mükafatlar həmişə qürurvericidir : “Mən çox mükafatlara layiq görülmüşəm. Hər bir mükafatın taleyimdə özəl yeri var. Bu mükafat yaradıcı əməyimə verilən qiymət kimi hər dəfə mənə dünyaları bəxş edib”

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin Musiqili teatrın DTX-nın Mədəniyyət Mərkəzində bədii yaradıcılığın inkişafına verdiyi töhvələrə və burada keçirilən tədbirlərin hazırlanmasında yaxından kömək göstərdiyinə görə teatrın direktoru Əliqismət Lalayevi “Fəxri fərman”la təltif edib.

“Bu mükafatlar bizim kollektivin əməyinə verilən qiymət idi, həm də bu mükafatı Milli Qəhramanımız, yaradıcı insanlara həmişə böyük qayğı ilə yanaşan, teatrımızın tamaşalarına da böyük maraqla gələn Mədət Quliyev özü mənə təqdim etdi. Çox gözlənilməz oldu, amma, çox da böyük sevinc doğurdu, qürur duydum. Milli Qəhrəmandan mükafat qəbul etmək çox böyük şərəfdir”- deyə teatr rəhbəri hadisəni şərh edib.

# 1395 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #