“Aranfilm” yaradıcılıq mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunuş film çəkilir.
Filmin yaradıcı heyətindən kulis.az-a verdiyi xəbərə görə, bədii-sənədli janrda çəkilən filmin rejissoru Babək Abbaszadə, ssenari müəllifi Arif Əliyev, operatorları Rafiq Əliyev və Əminə Həsənli, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.
Film, qatarla Gəncəyə gedən gənc alim qızın təsadüf görüşü üzərində qurulub. Qız İsmayıl Şıəxlının yaradıcılığı haqda elmi iş yazır. Gənc qızı tanınmış türk aktrisası , həmyerlimiz Nəsrin Cavadzadə canlandırır.