Bütün dövrlərin ən darıxdırıcı filmi seçildi

Bütün dövrlərin ən darıxdırıcı filmi seçildi
7 dekabr 2017
# 10:53

Britaniya tənqidçiləri və kinosevərlər “Bozun əlli çaları” erotik melodramını bütün dövrlərin ən darıxdırıcı filmi seçiblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rəyi soruşulanların 34 faizi filmin bu filmə səs verib.

2015-ci ilin fevralında prokata çıxarılan film britaniyalı yazıçı E.L. Ceymsin eyniadlı romanı əsaslanıb. Romanda BDSM-lə maraqlanan milyarder Kristian Qre ilə tanış olan tələbə Anasteyşa haqqında danışılır.

Antireytinqin ikinci yerində 29 faiz səslə 1999-cu ilin “Blerdən olan cadugər: o biri dünyadan kurslar” horroru dayanır. Filmin süjeti əfsanəyə görə meşədə yaşayan cadugər haqqında sənədli film çəkmək istəyən və meşədə azan üç tələbə kinematoqrafçının başına gələnləri əhatə edir.

Üçüncü yerdə isə Corc Lukasın “Ulduz müharibələri: Epizod 1. gizli hədə” filmidir.

İlk onluqda isə “Qozbel dağlar”, “Transformerlər”, “Poçtalyon”, “Artist”, “Avstraliya”, “Vanilli səma” və “Yeddi il Tibetdə” filmləri düşüb.

Səsvermədə iki min adam iştirak edib. Respondentlər üçün siyahını peşəkar kino tənqidçilər tərtib edib.

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #