Azərbaycanlı rejissor Tural Mustafayevin Moldava teatrlarından birində hazırladığı tamaşa mükafatlandırılıb.
Kulis.az-ın verdiyi xəbərə görə, azərbaycanlı rəssam Mustafa Mustafayevi və rejissor Tural Mustafayev D.Tanasoğlu adına Qaqauz Milli teatrında hazırladıqları tamaşaya görə Moldovada keçirilən teatr festivalında ölkənin Teatr Xadimləri İttifaqının xüsusi mükafatına layiq görülüblər.
Tamaşa amerikalı dramaturq Con Patrikin "Qiymətli Pamela" əsəri əsasında qaqauz dilində hazırlanıb.
- “Şəxsən mən ümidlə yaşaya bilmirəm” - "Aranfilm"dən REPORTAJ
- Suxarıya pul olmayanda
- Çingiz Abdullayev Kəramətin kitab aksiyasından danışdı: “Bu yaxşı hal deyil”
Xatırladaq ki, sözügedən tamaşa ötən il Moldova mədəniyyət naziri, Moldova Respublikası Qaqauz Muxtar ərazi vilayətinin rəhbərliyi və Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyi ilə hazırlanıb.