"Eskobar" filmi Azərbaycan dilində nümayiş olunacaq

"Eskobar" filmi Azərbaycan dilində nümayiş olunacaq
12 iyun 2018
# 13:00

Penelopa Kruz və Havyer Bardemin oynadığı “Eskobar” filmi Bakı kinoteatrlarında Azərbaycan dilində nümayişə çıxarılır.

Kulis.az-ın verdiyi xəbərə görə, İspaniya, Bolqariya və ABŞ istehsalı olan bu film iyunun 14-dən ekranlara çıxacaq.

2017-ci ildə Fernando Leon de Aranoanın rejissorluğu ilə kriminal bioqrafiya janrında çəkilmiş film kolumbiyalı narkobaron və siyasi xadim Pablo Eskobarın həyatından bəhs edir. Narkobaron gənc jurnalistə aşiq olur.

Xatırladaq ki, filmə baxmaq üçün yaş senzi 18+-dur.

# 2282 dəfə oxunub

Müəllifin son yazıları

# # #