Azərbaycan Dövlət Musuqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı papaq” əsərinin son məşqləri yekunlaşmaq üzrədir. Bu barədə Kulis.az a teatrdan bildiriblər. Tamaşanın quruluşçu-rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Boris Qrafkin bildirib ki, əsərin premyerası təqribən noyabrın sonu, dekabrın əvvəllərinə nəzərdə tutulur. “İlk növbədə tamaşanın araya-ərsəyə gəlməsində teatrımızın direktoru Əliqismət Lalayevin xüsusi diqqət və qayğısını qeyd etmək istərdim. Əsərin əsas qayəsini xeyirlə şərin mübarizəsində sonda xeyirxah qüvvələrin qalib gəlməsi, gənclərin yaşlı nəslə qayğı və diqqəti təşkil edir. Inanıram ki, məhz bu amil xüsusilə balaca tamaşaçılarımızın tərbiyəsində mühüm rol oynayacaq” deyə B. Qrafkin bildirib.
Tamaşada əsas obrazları Əməkdar artistlər Emma Məlikova, Səmayə Musayeva, aktyorlar Elçin İmanov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Rəsmiyyə Nurməmmədova və başqaları canlandıracaqlar.