Yazıçı personajının adını auksiyonda çıxarıb

Yazıçı personajının adını auksiyonda çıxarıb
16 dekabr 2014
# 13:33

Rusiyalı yazıçı Boris Akunin “Bölüşməyə hazırıq” adlı xeyriyyə auksionunda yeni romanının epizodik personajlarından birinə ad qoymaq imkanını satışa çıxarıb və 610 min rubla bu imtiyazı qazanan olub. Kulis.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə yazıçı Facebook səhifəsində yazıb:

“Kimsə mənə aid olan lotu 610 min rubla alıb. Bu, əlbəttə, çox gözəldir. Amma veriən adı mənə demirlər, bu məni narahat edir. Personajın adının İzumrudf Yaxontov olması bir şeydir, Matilda Xryuşkina olması başqa bir şeydir” yazıçı Xryuşkin familiyasının əleyhinə olmadığını, sadəcə novellanın tonallığının dəyişməsi məsələsini düşündüyünü deyib. Yazıçı təşkilatçılardan qərarı qətiləşdirib onu məlumatlandırılmasını xahiş edib.

Bu personajın adına görə yığılan məbləğ “Yardım edin” qrupundan olan volantyorlara çatacaq.

Boris Akunin yazıçı və ictimai xadimdir. Akuninə xəfiyyə Erast Petroviç Fandorinin macəraları seriyasından olan romanları şöhrət qazandırıb.

# 1021 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #