Məşhur İsrail yazıçısı vəfat etdi

Məşhur İsrail yazıçısı vəfat etdi
5 yanvar 2018
# 10:53

Məşhur İsrail nasiri və şairi vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçı Aaron Apelfeld 85 yaşında dünyasını dəyişib.

Aaron Appelfeld ivrit dilində yazan ən məşhur İsrail yazıçılarındandır. Baxmayaraq ki, onun ana dili alman dilidir, o, əsərlərini ivrit dilində yazıb. Alman dilindən başqa o, yəhudi, ukrayna, rus, ingilis və italyan dillərində danışa bilib.

Müharibə zamanı Appelfeld atası ilə birlikdə Transnistriya əsir düşərgəsinə göndərilib. Düşərgədən qaçıb və üç il boyunca, sovet ordusu gələnədək müxtəlif yerlərdə gizlənib.

Sovet ordusuna qoşulub və orduda aşpaz kimi çalışıb. Müharibədən sonra İtaliyada köçürüləcək şəxslərin saxlanıldığı düşərgədə yaşayıb. 1946-ci ildə Fələstinə köçüb.

# 1168 dəfə oxunub

Müəllifin son yazıları

# # #