Kazuo İşiquronun romanı "Xəzər" jurnalının yeni sayında

Kazuo İşiquronun romanı "Xəzər" jurnalının yeni sayında
17 yanvar 2018
# 13:05

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb.

Kulis.az-ın verdiyi xəbərə görə, jurnalın bu sayında Nobel mükafatlı yazıçı Kazuo İşiquro “O günlərdən qalanlar” romanı, Edqar Ponun hekayələri, Frans Kafka haqqında xatirələr və onun “Aclıq ustası” hekayəsi, Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi və Toni Morrisonun “Evə qayıdış” romanı yer alıb.

Həmçinin jurnalda Azərbaycan ədəbiyyatından Ələkbər Salahzadənin şeirləri, Türk poeziyası” rubrikasında – Edip Cansevər, Cahit Zerifoğlu, Cemal Süreya, Ece Ayhan və Can Yücelin şeirləri, “Esse” rubrikasında – Yukio Misimanın “Günəş və polad” essesi dərc olunub.

“Teatr” rubrikasında isə jurnal Martin Maksonaxın “Spokanlı təkqol” pyesini təqdim edib.

# 1207 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #