Məşhur rejissor narkoman və alkoqolik imiş

Məşhur rejissor narkoman və alkoqolik imiş
1 dekabr 2014
# 10:53

Rejissor Lars fon Trier alkoqol və narkotik asılılığından müalicə alır. Bu barədə Kulis.az lenta.ru-ya istinadən xəbər verir. Müalicə və müalicə ilə bağlı narahatlıqları haqda rejissor "Politiken adlı Danimarka" qəzetinə müsahibəsində danışıb.

Trierin sözlərinə görə, ayıq həyat tərzi onun yaradıcılıq qabiliyyətinə neqativ təsir göstərir. O, fikirlərini belə əsaslandırıb ki, “Nimfomanka”nın ssenarisini spirtdən uzaq durduğu zamanlarda 18 aya yazıb. Lakin özünə belə qadağa qoymadığı zamanlarda daha effektiv işləyib; məsələn “Doqvilli”in ssenarisini cəmi 12 günə yazıb.

Rejissor ehtiyat edir ki, sağalarsa yenidən kino çəkə bilməyəcək. “Bu məni çox narahat edir. Keçmiş alkoqolik və narkomanların hansısa bir bədii nailiyyətinin olmağı yadıma gəlmir”- deyə fon Trier əlavə edib.

# 1727 dəfə oxunub

Müəllifin son yazıları

# # #