Radikal kinorejissor Rene Votye vəfat ediob.
Kulis.az-ın məlumatına görə, 86 yaşlı kinematoqrafçının ölümü haqqında mətbuata onun qohumları xəbər verib.
Votye fransız koloniyaçılığının tənqidçisi idi. O, 1972-ci ildə çəkilmiş “20 il Oresdə” filmi ilə tanınıb. Film Əlcəzair müharibəsi zamanı fransız hərbçilərinin qəddarlığından bəhs edir.
Votyenin bu və ya digər filmləri uzun illər rejissorun hakimiyyətlə konfliktinə səbəb olub. Bir çox filmləri qadağan olunub və elita tərəfindən boykot olunub. 50-ci illərdə Votye “Afrika 50” adlı sənədli filminə görə, həbsə də salınıb. Bu film Afrikanın şimalındakı koloniyalarda fransız hakimiyyət orqanlarının fəaliyyətinə həsr olunub.