24 - 25 may tarixində Gənclər və İdman Nazirliyini, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və DAN Beynəlmiləlçi Gənclər İctimai Birliyinin dəstəyi ilə “ŞƏHƏRİN İÇİ - İÇƏRİ ŞƏHƏR” sosial layihəsi çərçəvəsində keçirilən 12-ci Azərbaycan kinomarafonu başa çatmışdır.
Keçirilən kinomarafonun şərtlərinə əsasən iştirakçılar 48 saat ərzində İçərişəhər mövzusunda 3 dəqiqə limitində film çəkiblər. Qeyd edək ki, sözügedən marafon Sinemasportun 12-ci belə layihəsidir.
Layihənin koordinatoru, sinemasport qrupunun Eldar Albertssonun sözlərinə görə, hansısa texniki keyfiyyət şərt deyil: “Əsas məsələ film çəkməkdir.”
Sinemasport film çəkmək istəyən kino həvəskarları və ya kinematoqrafçılardan ibarət təşəbbüskar qrupdur. Layihənin əsası ABŞ-da qoyulub.
Marafonun nəticələri olan filmlər bu gün saat 7-də Nizami Kino Mərkəzində nümayiş olunacaq. Giriş sərbəstdir.