İran rejissoru Cəfər Pənahi İran höküməti tərəfindən ona qoyulmuş kino çəkmək qadağasına etirazını açıq məktubda ifadə edib. Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir.
“Mən rejissoram. Mən yalnız film çəkə bilirəm. Kino mənim özünü ifadəm, həyatımın mənasıdır. Heç nə məni kino çəkməkdən saxlaya bilməz. Mən özümü diri hiss etmək üçü, özümə hörməti qorumaq üçün kinematoqrafiya ilə məşğul olmağa istənilən şəraitdə davam edəcəyəm”-deyə rejissor məktubunda yazıb.
Cəfər Pənahi uzun müddətdir ki, ev dustağıdır. O, 2010-cu ilin martında həbs olunub. Onu antihökümət fəaliyyətinə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə etiraz aksiyasında iştirak etdiyinə görə 6 il müddətinə həbs ediblər. Ona 20 il ərzində kino çəkmək və İrandan getmək qadağan olunub.
Xatırladaq ki, Pənahi qadağadan sonra artıq üçüncü filmini çəkib. Onun sonuncu “Taksi” filmi Berlin kinofestivalında fevralın 5-də nümayiş olunacaq.