Kann festivalında münsiflərin yeni sədri bilindi

Kann festivalında münsiflərin yeni sədri bilindi
8 yanvar 2014
# 11:52

Bu il keçiriləcək Kann kinofestivalının münsiflər heyətinin yeni sədri müəyyənləşib. Kinofestivalın rəsmi saytında verilən xəbərə görə münsiflər heyətinə yeni zelandiyalı rejissor və ssenarist Jeyn Kempion başçılıq edəcək.

Jeyn Kempion Cinefondation qısametrajlı tələbə filmləri proqramının münsiflər heyətinin sədri olub. Kempion “Qızıl palma budağı”nı iki dəfə almış (1986-cı ildə “Kojura”, 1993-cü ildə “Piano” filmlərinə görə) yeganə qadın rejissordur.

2013-cü ildə münsiflər heyətinə Stiven Spilberq rəhbərlik edirdi. 67-ci Kann kinofestivalı 2014-cü il mayın 14-dən 25-dək keçiriləcək.

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #