"Axınla aşağı" filminin premyerası keçiriləcək

"Axınla aşağı" filminin premyerası keçiriləcək
16 dekabr 2014
# 15:53

19 dekabr 2014-cü il tarixində Nizami Kino Mərkəzində rejissor Asif Rüstəmovun “Axınla aşağı” tammetrajlı bədii filminin premyerası baş tutacaq.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Qeyd edək ki, filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu Karlovy Vary Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşib.

# 931 dəfə oxunub

Müəllifin son yazıları

# # #