Vudi Allenin övladlığa götürdüyü qızı Dilan Farrou atalığına cinsi istismar ittihamı ilə yenidən gündəmə gəldi. Dillan Farrou Vudi Allenin Mİa Farrou ilə nigahında qızlığa götürdüyü övladlarıdır. Daylon rejissoru o, hələ yeddi yaşında olarkən onu zorlamaqda günahlandırmışdı.
Vudi Allenin övladlığa götürdüyü qızın New-York Times qəzetinə yazdığı açıq məktub:
“Vudi Alenin ən çox sevdiyiniz filmi hansıdır?
Bu suala cavab verməzdən əvvəl bir şeyləri bilməyiniz vacibdir. Vudi Allen əlimdən yapışıb məni evin çardağına aparanda 7 yaşım var idi. O, üzüüstə uzanıb balaca qardaşımın oyuncaq qatarı ilə oynamağımı təklif etdi və sonra mənə təcavüz etdi. Bu müddətdə o, danışır, mənim yaxşı qız olduğumu deyirdi. Sonra əlavə etdi ki bu, bizim balaca sirrimizdi. Hətta dedi ki, məni Parisə aparacaq, film ulduzuna çevirəcək. Oyuncağa baxıb dayandığımı, barmağımla qatarın yük yerinə dairələr cızdığımı indiyədək xatırlayıram. Bu günə kimi oyuncaq qatarlara baxanda özümü pis hiss edirəm.
Tez-tez anamdan və bacı qardaşlarımdan ayırıb onunla təklikdə qalmağı sevməzdim. Baş barmağını ağzıma soxmasından zəhləm gedirdi. Onunla bir yatağa girməkdən, başını çılpaq dizlərimə qoymasından iyrənirdim. Bunlardan qaçmaq üçün ya çarpayının altına girir, ya da hamamda qapını bağlayıb saatlarla orada qalırdım. Amma o, həmişə məni tapırdı. Alenin mənimlə belə münasibəti elə tez-tez baş verir və o, bunları anamdan elə ustalıqla gizləyirdi ki, bunun normal bir hal olduğunu, qızlarını çox sevən ataların onlarla da belə davrandığını düşünürdüm. Amma çardaqda etdikləri çox fərqli idi və mən bu sirri uzun zaman saxlaya bilmədim.
Anamdan atasının da ona eyni şeyləri etdiyini soruşanda belə həqiqətən çox şeyi bilmirdim. Atamın bacımla olan nigahını mənə etdiyi təcavüzlə bitirəcəyini bilmirdim. Anamı bu istismarı mənim beynimə salmaqda təqsirləndirəcəyini də bilmirdim.
Yalan söylədiyimi etiraf edim deyə müxtəlif həkimlərə dəfələrlə əhvalatı danışacağımı da bilmirdim. Anam dəfələrlə mənə “yalan demişəmsə sözümü geri götürə və buna görə heç bir cəza almayacağımı” deyirdi. Geri götürə bilməzdim, çünki düz deyirdim. Amma güclülərə qarşı qaldırılan iddialar çox asanlıqla rədd edilə bilir. İstismar edilmiş uşağı manipulyasiya etməyə, başını aldatmağa hazır həkimlər var idi.
Vilayət məhkəməsindən sonra atamın bizimlə görüşməsi qadağan olundu. Tutarlı dəlillər olmasına baxmayaraq, anam vəkilin sözləri ilə desəm, “uşaq psixikası həssaslığını” səbəb göstərərək iddianı geri götürdü.
Vudi Allen günahına görə heç bir cəza almadı. Onun başqa qızlara da eyni şəkildə yaxınlaşa bilməsini düşündükcə, özümü günahkar hiss etdim. Kişilərin mənə toxunmasından qorxurdum. Çox əzab çəkdim- İştaham pozuldu. Özümə kəsməklə xəsarətlər yetirdim. Bu iztirabı Hollivud daha da pisləşdirdi. Bir neçə dəyərli insanı çıxmaq şərtilə, hamısı özlərini görməzliyə vurdu. Çoxu isə, “kim billir necə olub” deyib, problem yox imiş kimi davrandı. Aktyorlar onu təltifetmə mərasimlərində təriflədilər. Televiziyalar onu göstərdi. Tənqidçilər jurnallarda çap etdi. Hər dəfə mən bir seksual manyakın üzünü gördüm – hər posterdə, hər t-shirt-də, hər TV kanalında… Bu zaman panikami təklikdə alt-üst olmaqla gizlədim.
Keçən həftə Vudi Oskar mükafatına namizəd göstərildi. Bu dəfə alt-üst olub yıxılmaq istəmirəm. Bu qədər zaman ərzində Vudi Alenin cəmiyyət tərəfindən qəbul olunmağı məni susdurub. Mükafatlar, təltiflər məndən ağzımı yummağı tələb edib.
Amma bir şey var: istismara məruz qalmış insanlar mənə dəstək oldu, açıqlamaqdan qorxduqları, yalançı olaraq günahlanmaqdan qorxduqları, xatırladıqlarının əslində onlara aid olmadığını eşitməkdən qorxduqlaını söylədilər. Bunlar mənə güc verdi. Daha susmamaılyam. Beləliklə başqaları da susmaq məcburiyyətində olmadığını biləcək.
Bu gün özümü şanslı hesab edirəm. Xoşbəxt bir evliliyim var. Bacı qardaşlarımın dəstəyini hiss edirəm. Içindəki cəsarət qaynağını kəşf etmiş və beləcə evimizə xaos gətirən manyakdan bizi xilas anam var.
Amma başqaları hələ də qorxur, yaralı və müdafiəsizdir, həqiqəti demək cəsarətini tapmaq üçün mübarizə aparırlar. Bu anda Hollivudun onlara verdiyi mesaj çox vacibdir. Bəs bu uşaq sənin olsa idi, Keyt Blanşet? Luis CK? Ales Baldvin? Emma Stoun, bu sən olsaydın necə olardı? Ya da Skarlet Conson? Hə? Axı sən məni balaca bir qız olanda tanıyırdın, məni unutdunmu, Dayana Kiton?
Bu gün Vudi Alen cəmiyyətin cinsi istismar və təcavüz qurbanlarına laqeyd münasibətinin canlı ifadəsidir.
7 yaşında bir qızınızın Vudi Allen tərəfindən çardağa aparıldığını, cinsi istismara məruz qaldığını təsəvvür edin. Həyatı boyunca adını hər eşidəndə ürəyinin bulandığını düşünün. Ona işgəncə verən adamın mükafatlandığını da təsəvvür edin. Etdinizmi?
Indi deyin, Vudi Alenin ən sevdiyiniz filmi hansıdır?” dipnot.tv