Məşhur italyan rejissor və ssenarist, 1972-ci ildə Kann festivalının “Qızıl palma budağı” mükafatını qazanmış Françesko Rozi yanvarın 10-da, 92 yaşında Romada vəfat edib.
Françesko Mikalencelo Antonioni, Lukino Viskonti, Tonio Querra, Sofi Lorenlə işləyib. Rejissor kimi Rozi 34 yaşında Aleksandr Dümanın pyesinin ekranizasiyası ilə debüt edib. İki ildən sonra, 1958-ci ildə isə, o, Venesiya festivalının xüsusi mükafatını “Çağırış” filminə görə alıb. 5 il sonra, “Şəhərin üstündəki əllər” filminə görə “Qızıl şir” mükafatını qazanıb.
Rozinin 20-dən artıq filmi var və bunlardan 14-nü dünya şöhrətli operator Paskualino de Santislə (Viskontinin “Venetsiyada ölüm” filminin operatoru) çəkib.
Françesko Rozi nasizm əleyhinə mübarizə aparıb və 1940-cı illərdə müqavimət hərəkatının iştirakçısı olub.
1983-cü ildə “Məsih Ebolada dayandı” filmi Britaniya Akademiyasının xarici dildə ən yaxşı film üzrə mükafatına layiq görülüb.