Qustav Klimtin itmiş tablosu tapıldı

Qustav Klimtin itmiş tablosu tapıldı
14 fevral 2018
# 10:56

Qustav Klimtin itmiş tablosu avstriyalı təqaüdçünün şkafında tapılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, qadın rəssamın "Uzanmış halda iki nəfər" əsərini qanunsuz şəkildə evində saxlayırmış və yalnız öldükdən sonra əsər evindən tapılıb.

Təqaüdçü vəsiyyətnaməsində əsəri Linç şəhərinə vəsiyyət etdiyini deyib. Qadın 2017-ci ildə öldükdən sonra onun vəsiyyətinə əməl olunub.

İtmiş əsəri və təqaüdçünün vəsiyyətini vəkil ötən ay ortaya çıxarıb. Məlum olub ki, əsər əvvəllər katibə işləyən qadına “hədiyyə” kimi verilib. Katibə muzeyə müəyyən müddət eksponat kimi verilmiş əsərlərin düzgün sənədləşdirilmədiyini aşkar edib və bu barədə rəhbərinə deyib. Rəhbər “hədiyyə” olaraq Klimtin əsərini ona verib və bu fakt barədə susmağı tələb edib.

# 1823 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #