Tarantino aktrisanı boğduğunu etiraf edib

Tarantino aktrisanı boğduğunu etiraf edib
7 fevral 2018
# 10:54

Rejissor Kventin Tarantino “Billi öldürməli” filmində Uma Turmanla yaşananlar və Harvi Vaynşteyni üzr istəməyə məcbur etməsi haqda danışıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, o, aktrisaya tüpürüb, onu zəncirlə boğub, amma bunu aktrisanın öz razılığı ilə, həm də filmdəki vacib səhnələr üçün edib.

Həmçinin o, filmdə Turmanın avtomobillə birgə ağaca çırpılmasından danışıb. Rejissor bunu “aktrisanın həyatını təhlükə altında qoyduğu üçün həyatının ən böyük səhvi” adlandırıb.

Tarantino “Billi öldürməli” filmində prodüser olan Vaynşteynin Turmana seksual təcavüzündən xəbəri olduğunu deyib.

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

# # #