Dövlət Yuğ Teatrında yeni tamaşanın son məşqləri gedir.
Teatrdan Kulis.az-a verilən xəbərə görə, "Kitabi-Dədə-Qorqud" dastanının "Basatın Təpəgözü öldürdüyü boy"u əsasında hazırlanan "Boy" tamaşasının rejissoru Tərlan Rəsulovdur.
Bir hissəli mifoloji səyahət kimi təqdim olunacaq tamaşanın rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Mələk Vəlizadədir.
Tamaşada Məmməd Səfa, Yaqut Paşazadə, Təranə Atacan, Könül Cəfərova, Amid Qasımov, Vüqar Hacı, Elgün Həmid rol alıb. "Boy" tamaşasının premyerası fevralın 7-də, saat 18.00-da keçiriləcək.