Oda Teatrı "Bəyaz şedevr" təqdim edəcək

Oda Teatrı "Bəyaz şedevr" təqdim edəcək
24 dekabr 2014
# 16:31

Dekabrın 27-i və 28-i “Oda” müstəqil teatrında “Bəyaz şedevr” və yaxud “Al qırmızı səmalar” tamaşasının premyerası keçiriləcək.

Teatrdan kulis.az-a verilən məlumata görə, tamaşa rusiyalı yazıçı Vasiliy Siqaryovun “İblisin ailəsi” pyesi əsasında hazırlanıb.

Tamaşanın rejissoru Könül Şahbazova, musiqi tərtibatçısı isə Nihad Qulamzadədir. Tamaşadakı rolları aktyorlar Niyaz İlyasoğlu, Könül Şahbazova, Elmin Bədəlov, Nihad Qulamzadə, Anar Əliyev, Şəbnəm Abdullazadə və Anar Cəfərli ifa edəcək.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #