Pantomima Teatrı "Hamlet"i məşq edir

Pantomima Teatrı "Hamlet"i məşq edir
15 yanvar 2015
# 10:38

Dövlət Pantomima Teatrında ingilis dramaturqu U.Şekspirin məşhur "Hamlet" əsərinin məşqlərinə başlanılıb.

Bu barədə Kulis.az-a teatrın direktoru Elman Rəfiyev xəbər verib.

Teatrın bədii rəhbəri və baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi tamaşada teatrın əksər aktyorları məşğuldur. Hamlet rolunu Əməkdar Artist Azər Axşam, aktyorlar Bəhruz Əhmədli və Əli Əlizadə məşq edirlər. Kral rolunda Əməkdar Artist Elman Rəfiyev, kraliça Gertrudanı Nargilə Qəribova oynayacaq. Ofeliya rolunda isə aktrisalar Səbirə Həsənova və Solmaz Bədəlova məşq edirlər.

# 1620 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #