Məşhur rejissor vəfat edib

Məşhur rejissor vəfat edib
8 oktyabr 2013
# 15:01

Oktyabrın 8-də fransız aktyoru və rejissor Patris Şero 69 yaşında vəfat edib. Kulis.az-ın aif.ru saytına istinadən xəbər verir. Patris Şero rəssam ailəsində doğulub və uşaqlıqdan incəsənəti öyrənib.

Rejissorluq karyerasına Paris litseyində oxuduğu zamanlarda başlayıb. 19 yaşında Şero teatr direktoru işləməyə başlayıb, beş il sonra isə öz debüt operasını tamaşaya qoyub. Patris Şero 30 dan artıq tamaşaya quruluş verib.

Marqarita de Valuanın həyatından bəhs edən “Kraliça Marqo” filmi Şeroya Kann festivalının jüri mükafatı ilə bahəm daha beş “Sezar” mükafatı qazandırıb. “Onun qardaşı” filmi isə Berlin kinofestivalında “Gümüş ayı” mükafatına layiq görülüb. Onun ən son ciddi işlərindən biri “İzlənmə” adlanır. Filmin ssenarisini Patris Şero özü yazmışdı.

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #