Məşhur fransız aktyor vəfat etdi

Məşhur fransız aktyor vəfat etdi
21 iyul 2017
# 16:07

Fransanın kino və teatr aktyoru Klod Riş vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, aktyorun 88 yaşı varmış.

Klod Riş onlarla tamaşa və filmdə iştirak edib. Onun kinoda ilk debütü 1955-ci ildə çəkilən “Böyük manevrlər” filmində olub. Artist tezliklə epizodik rollar ustasına çevrilib.

Klod Riş “Qanqster əmilər” (1963), “Oskar” (1967) və “Sevirəm səni, sevirəm” (1968) filmlərində oynayıb.

1993-cü ildə aktyoru “Şam yeməyi” filmindəki roluna görə “Sezar” mükafatına layiq görüblər.

# 1992 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #