Yeddi yaşlı məktəbli nəşriyyatı pis duruma saldı

Yeddi yaşlı məktəbli nəşriyyatı pis duruma saldı
3 dekabr 2014
# 15:54

Kaliforniyadan olan məktəbli qız ABDO nəşriyyatını uşaq kitablarından birinin adını dəyişməyə vadar edib. Kulis.azın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, qızın oxuduğu, sözügedən kitab seriyasında “yalnız oğlanlar üçün” yarımbaşlığı olub.

Yeddi yaşlı Parker Deyns həşəratlara həsr olunmuş kitabın üz qabığında bu başlığı tapandan sonra nəşriyyata məktub yazıb: "Kitabdakı tapşırıqlar və viktorinalar mənim çox xoşuma gəldi, amma üz qabığındakı qeydi görəndə çox məyus oldum. Məncə “Oğlanlar üçün kitab” deyə bir şey yoxdur. siz ktabdakı bu qeydin yanına “Qızlar üçün kitab” sözünü də yazmalısınız, çünki bir çox qızlar da entomoloq olmaq istəyirlər”- deyə məktəbli qız qeyd edib"

ABDO təmsilçisi bunun “çox yaxşı irad” olduğunu söyləyib. Nəşriyyat Deynsin məsləhətinə qulaq asaraq oradan “Oğlanlar üçün kitab” ifadəsini çıxarıb.

Guardian-ın yazdığına görə, bu oxucuların kitab başlığındakı müxtəlif seksist başlığa etiraz etdiyi ilk hadisə deyil. Böyük Britaniyada bu məsələ ilə bağlı böyük bir kompaniya keçirilib, kompaniyada ictimai fəallar nəşriyyatları uşaqlar üçün kitablar seriyasından “Qızlar üçün” ya da “Oğlanlar üçün” başlıqlarını götürməyin vacib olduğuna inandırıblar. Bu etiraz aksiyalarını Nil Geyman, Coan Xarris və Melori Blekman kimi məşhur ingilis yazıçıları dəstəkləyib.

# 1635 dəfə oxunub

Müəllifin son yazıları

# # #