Dindarlar üçün ŞOK xəbər

Dindarlar üçün ŞOK xəbər
28 avqust 2013
# 16:44

İspaniya Daxili İşlər Nazirliyi polis təşkilatlarına “Radikal dindar müsəlmanı necə tanımaq olar?” adlı əl kitabçası paylayıb və bu insanların nəzarətə götürülməsini əmr edib.

Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi xəbərə görə nazirlik pilot bölgə olaraq Barselonanı seçib.

Əl kitabçalarında radikal dindarların robot şəkli verilib. Əmrə görə şəklə uyğun gələn müvafiq görünüşlü adamlar dərhal nəzarətə götürülməlidir.

Barselona polisinin daima üstündə gəzdirəcəyi əl kitabçasında radikal dindarların əlamətləri bu cür verilib: “Az bığlı, 5-10 santimetr uzunluğunda saqqalı olan adamlar. Gen şalvar geyinirlər. İş yerləri spirtli içki satılan yerlərdən uzaqdadır. Uşaqları məktəbdə gimnastika dərslərinə girmir. Ramazanda oruc tuturlar. Cəmiyyətə inteqrasiya onlara yaddır və öz aralarında dostluq edirlər”.

“El Periodico” qəzetinin yazdığına görə Barselona radikal dindarların bazasına çevrilib, buna görə də əl kitabçasına xüsusi ehtiyac var.

Beynəlxalq insan haqları təşkilatları isə bu addımı birmənalı qarşılamırlar. Onlar hesab edir ki, bu, müsəlman ovunun başlamasına rəvac verəcək.

Kataloniya polisi bir müddət əvvəl hicablı qadınların nəzarətdə saxlanılması haqqında qərar qəbul etmişdi.

# 6639 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #