Amerikalı musiqiçi Bob Dilan Nobel mükafatını bu həftənin istirahət günü alacaq.
Bu barədə Kulis.az gazeta.ru-ya istinadən xəbər verir.
İsveç akademiyasının daimi katibi Sara Danius öz bloqunda belə xəbər yayıb. Daniusun sözlərinə görə, bir neçə gün sonra Dilan iki konsert vermək üçün Stokholma gələcək.
- Qabriel Qarsiya Markes: “Mən varlı deyiləm”
- Sənət dostları Səyavuş Aslan haqqında FOTOLENT
- "Gülün adı" serial olur
“İsveç Akademiyası həhtə sonunu səbrsizliklə gözləyir. Akademiya nümayəndələri Dilanın çıxışlarından birinə gələcək.” – deyə daimi katib şərh verib. Danius həmçinin qeyd edib ki, Nobel laureatının ənənəvi çıxışı olmayacaq: “Akademiya güman edir ki yazılmış versiya sonra göndəriləcək”.
Daimi katib onu da deyib ki, təltif etmə mərasimində Dilanın arzusuna uyğun olaraq Dilan özü və Akademiya nümayəndələri olacaq, görüş jurnalistlərsiz keçəcək.