Afaq Bəşirqızından 8 Mart hədiyyəsi

Afaq Bəşirqızından 8 Mart hədiyyəsi
22 fevral 2018
# 15:30

Musiqili Teatr 8 Martda “Açıq qapı” günü keçirəcək.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günündə tamaşaçılara saat 19:00-da yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək.

Tamaşada baş rolda xalq artisti, “Şöhrət ordenli” Afaq Bəşirqızının iştirak edir.

Əsərdə cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşın isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü gizlətməsə toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Elə bu ərəfədə “ölü” qəfildən ayılır... Əsl tragikomik vəziyyət də məhz bundan sonra başlayır...

Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur.

Tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa edirlər.

Tamaşanın baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

# 1021 dəfə oxunub

Müəllifin son yazıları

# # #