Stiven Kinq Twitterə gəldi

Stiven Kinq Twitterə gəldi
9 dekabr 2013
# 12:15

Amerika yazıçısı Stiven Kinq “Twitter” mikrobloqunda @StephenKing ünvanlı akkaunt yaradıb. Kulis.az-ın Aif.ru-ya istinadən verdiyi xəbərə görə, məlumat yayılan kimi yazıçının səhifəsinə 90 mindən artıq adam yazılıb.

Bloqda ilk yazı dekabrın 6-da çap olunub. Kinq yazıb: “Bu mənim ilk tvitimdi. Artıq bakir deyiləm. Mərhəmətli olun!”.

Akkauntun həqiqi olduğunu yazıçının köməkçisi Marşa Defilippo da təsdiq edib.

Stiven Kinq 60 dan artıq kitabın, 170-dən çox kiçik həcmli əsərin yazıb. Amerika ədəbiyyatına verdiyi böyük töhfələrə görə 2003-cü ildə ABŞ-ın nüfuzlu ədəbiyyat mükafatını qazanıb.

# 2545 dəfə oxunub

Müəllifin son yazıları

# # #