writer1

Seymur Baycan

Məqalə sayı

114
clock14:37 calendar-gray 14 Avqust 2014 view-gray5460 dəfə oxunub
view-gray5460 dəfə oxunub

Qadınlar dostluq etməyi niyə bacarmır?-Seymur Baycan yazır

Kulis.az yazıçı Seymur Baycanın “Dostluq haqqında” yazısını təqdim edir.

Dostluq etmək insandan böyük bir qabiliyyət, mərifət, incəlik tələb edir. Dostluq etmək sənətin bir növüdür desək, heç bir mübaliğəyə varmarıq. Dost olmaq düşmən olmaqdan qat-qat çətindi. Dostu hazır olmadığı, ona yad sahədə imtahana çəkmək heç düzgün yanaşma deyil. Məsələn, bir nəfər gəlib desə ki, gedək filan yerdə adamlar var, onlarla dalaşaq, bu heç də düzgün söhbət olmaz. Əgər davadan qaçsam, dava etməkdən yayınsam, bu o demək deyil ki, dostluq etməyi bacarmıram. Məni davaya dartıb aparan adam başa düşməlidi ki, düzgün ünvana müraciət etməyib. Başa düşməlidir ki, dava adamı deyiləm.

Sevgi, məhəbbət, mərhəmət, yaxşılıq, dostluq hər zaman olub, indi də var və hər zaman da olacaq. Bəzi naqis adamlar üzərlərinə düşən insani məsuliyyətlərdən yaxa qurtarmaqdan ötrü deyirlər ki, indi sevgi yoxdu, indi dostluq yoxdu, indi yaxşılıq yoxdu. Var. Sevə bilmirsənsə, dostluq edə bilmirsənsə, yaxşılıq edə bilmirsənsə, bu sənin problemindi, sevginin problemi, dostluğun problemi deyil. Günahı özündə axtar. Öz naqisliklərinə görə insani dəyərlərə şər atma.Bu cür insani dəyərlərə yeri gəldi-gəlmədi şərlər atan, bu cür insani dəyərləri hər fürsətdə gözdən salan adamlar sevməyi, fədakarlıq etməyi, dostluq etməyi bacarmayan adamlardır. Onlar dostluğu, sevgini, fədakarlığı gözdən salmaqla öz bacarıqsızlıqlarına və naqisliklərinə haqq qazandırmaq istəyirlər.

Dostluq haqqında segaha qulaq asmaq, dostluq haqqında uzun-uzadı monoloqlar, tostlar söyləmək, əsl dostluq haqqında müxtəlif süjetli əhvalatlar quraşdırmaq dostluğa şər atmaq, “dostluq yoxdur” demək qədər yolverilməzdir. Bir neçə yaxın dostum var ki, onlara heç vaxt “dostum”, “sən mənim dostumsan” deməmişəm. Münasibətlər aydındı, münasibətlər ortadadı. O da, yəni qarşı tərəf də münasibətin adını bilir, mən də. Bu münasibətin adını çəkmək bizə heç bir qram da lazım deyil. Əsas münasibətin səmimiliyidir. Ad o qədər də vacib deyil.

Bəzi insanlar dost seçə bilmirlər. Sözün həqiqi mənasında bu qabiliyyət onlarda yoxdu. Pulun, vəzifənin hesabına ona hörmət edənləri, şirəyə yığışanları yanlış olaraq dost adlandırırlar. Ola bilsin onların tərifə ciddi ehtiyacları var. Hər tərif deyəni özlərinə yaxın dost hesab edirlər. Belələrinə xalq dilində yal dostu deyirlər. Pul, vəzifə, imkan varsa onlar da var, yoxdursa onlar da olmayacaq. Bu zaman adam yanlış olaraq dostluğun olmadığını düşünərək dostluq haqqında şər-şəbədə danışmağa başlayır. Nə dərəcədə doğru yanaşmadı? Əgər sən həqiqi dostla yal dostunu bir-birindən ayıra bilmirsənsə günah dostluqda deyil, sənin özündədi. Çinlilər demişkən: “Axmaq adamın xoşbəxtliyi də axmaq olur”. Bu mənada axmaq adamın dost hesab etdikləri də axmaq olmalıdı. “Dostunu göstər kim olduğunu deyim” sözündə həqiqət payı çoxdu.

Bir nəfər var. Küçə rəssamıdı. Kafelərdə, parklarda adamların rəsmlərini çəkib birtəhər dolanır. Onun haqqında ayrıca bir yazı yazmaq fikrindəyəm, ona görə də obrazını uzun-uzadı təsvir etməyəcəm. Bu küçə rəssamının ən sevdiyi əsər Dümanın “Üç muşketyor” əsəridi. Bu əsərlə yaşayır. Soruşuram ki, bu əsəri sənin üçün bu qədər sevimli edən nədir? Deyir ki, o əsərdə həqiqi dostluq var. Hərçənd dostluqdan söhbət gedirsə Remarkın “Üç dost” əsərini də seçib sevə bilərdi.

Qadınlar əksər hallarda ərlərinin dostlarını həzm edə bilmirlər. Bütün mümkün variantlardan istifadə edib dostlarını ərlərinin gözündən salmağa çalışırlar. Qadınlar ərlərinin dostlarını görəndə qıcıqlanırlar. Səbəb çox sadədi. Çünki qadınlar dostluq etməyi bacarmırlar. Bu münasibət onlara yad, mümkünsüz, qeyri-səmimi görünür. Onlar iki insan arasında səmimi dostluq münasibətinin ola biləcəyinə inanmırlar. Bir çox varlı kişinin kasıb dostu var, amma kasıb rəfiqəsi olan varlı qadın tapmaq çətin məsələdi...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021