writer1

Səhər Əhməd

Məqalə sayı

169
clock08:45 calendar-gray 04 İyul 2014 view-gray2405 dəfə oxunub
view-gray2405 dəfə oxunub

Əsl kişi

- Əlin yoxdu sənin? Anlamıram, o səni vurdu, bəs sən neylədin?

- Dedim, üzr istə, o da üzr istədi.

- Ə, nə üzr istəmək ? Sənə deməmişəm, bir vuranı beş vuracaqsan?

Bu dialoq uşaq bağçasından qayıdan 4-5 yaşlı oğlanla gənc ata arasında gedir. Söhbətdən uzaqlaşmaq üçün addımlarımı yeyinlədirəm. Amma ata son sözləriylə mənim diqqətimi əsir alır:

- Axı nə vaxt sən də kimisə vuracaqsan? Nə vaxt mənə də kimsə deyəcək ki, oğlun bizim uşağı vurub?

Hiss edirəm ki, artıq nə qədər addımlarımı yeyinlətsəm də, bu mövzudan qaça bilməyəcəm.

Bəli, biz hələ də oğlanlarımızı əsl oğuz igidi kimi böyüdürük, onların baş-kəsib qan tökmələrini arzulayırıq. Kəndlərimizdə toyuq kəsə bilməyən on bir, on iki yaşlı oğlan uşaqlarına maymaq kimi baxırlar. Mən uşaq olanda qız olduğuma sevinərdim, sırf toyuq başı kəsməli olmadığımçün. Çünki qızdan allah keçər, amma oğlan uşağı qandan qorxmaz, davadan qaçmaz. Oğlan uşağı xoruz kimi döyüşkən olmadı, apar tulla.Bizdə oğul “düşmən çəpəri” sayılır, qan davası üçün, namus intriqaları üçün yetişdirilir. Qorxaq oğula kim əziyyət çəkmək istəyər?!

Anlayıram qaydasız döyüş şəraitində yaşayırıq. Bunun baxçası, məktəbi, əsgərliyi, azadlığı, məhkumluğu var. Kişilərin yaşamaq uğrunda mübarizəsində intellekt fiziki güc qədər önəmli deyil. Biz iki vuruşan kişidən haqlı olana yox, daha güclü zərbə vurana balet edirik.

Bizim atalar sözümüzə görə “kişi ağlamaz”. Bizdə ədəbiyyatı, incəsənəti sevmək, qadını duymaq, geyimdən anlamaq kişi məziyyəti hesab olunmur.

Bacısıyla dost olan qardaşa, qızına azadlıq verən ataya pis baxırıq, bizdə əsl ər yumruğunu stola daha bərk vuran, əsl oğul arvadını anasına daha çox əzdirən hesab olunur. Bizdə “sən kişi deyilsən” kəlamıyla “sən insan deyilsən” ifadəsi arasında çox fərq var. Bizdə insan olmamaq yox, “kişi” olmamaq ayıb sayılır. Bizim qadınlar özləri həssas, nəcib, centlmen kişilər arzulayır, amma oğlanlarını tamam əksinə tərbiyə edirlər.

Qohumlarım arasında oğlumla yaşıd oğlan uşağı var. Keçən il birlikdə oynayırdılar. O biri uşağın atası hələ dörd yaşı tamam olmayan bu körpələri güləşdirmək fikrinə düşdü. Onları üzbəüz qoyub döyüşmələri üçün dil tökməyə, cürbəcür şirnikləndirici vədlər verməyə başladı. “Məşqşi” təkid etdikcə uşaqlar zorla döyüşdürülən qladiatorlar kimi ürkək-ürkək bir-birinə baxır, amma heç biri “hücuma keçmirdi”. Birdən oğlum irəli yeriyib dostunun boynunu qucaqladı :

- Dalaşmayaq, gedək, oynayaq.

Hamı gülüşdü. O an dərin bir məmnunluq duydum. Anladım ki, oğlum bizimkilərin anladığı kimi “əsl kişi” olmayacaq, mənim istədiyim kimi əsl insan olacaq.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Baş kəsməyi təbliğ edən Nadir Qafarzadə
23:09 25 Avqust 2019
Bəxtiyar Vahabzadədən unudulmaz sevgi şeiri
12:54 25 Avqust 2019
Ölənlərin səsləri həmişə mənimlədir... - Borxesin şeirləri
16:41 24 Avqust 2019
Elyanora
16:36 24 Avqust 2019
“Koroğlu” operası tamaşaçılara təqdim olunacaq
15:51 24 Avqust 2019
“Dejavü” növbəti dəfə nümayiş ediləcək
14:25 24 Avqust 2019
Öldürmək istədiyim hamilə qadın - Əyyub Qiyasdan əfsanə
13:29 24 Avqust 2019
Məşhur italiyalı aktyor vəfat edib
12:41 24 Avqust 2019
Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"
11:38 24 Avqust 2019
"Mama, nolar ölmə"
10:44 24 Avqust 2019
Ceyms Bond haqqında yeni film sonuncu ola bilər
10:04 24 Avqust 2019
İran qadınlarının həyatı: fahişədən general arvadınadək
09:01 24 Avqust 2019
“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019