news-inner
clock09:00 calendar-gray 28 İyun 2014 view-gray4759 dəfə oxunub
view-gray4759 dəfə oxunub

Dostunun xanımına aşiq olan DAHİ

Bəstəkarın uşaqlığı

1833-cü ilin gözəl bir may günü... Ayın 7-si... Hambuqrda gözəl ürəkli, içkini və rəqsi sevən, şən adam Yohan Yakob Bramsla özündən 17 yaş böyük, topal Nissen Kristanın uşağı dünyaya gəlir. Bu uşaq sonralar pianoçu, dirijor və XIX əsrin ən görkəmli romantik alman bəstəkarlarından biri sayılacaq Yohan Brams idi...

Yohan Brams ailənin ikinci oğlan övladı idi. Atası Yohan Yakob Brams bir zamanlar Hamburqa Şlezviq-Holşteyndən şəhər musiqiçisi olmaq arzusu ilə gəlib. Bir neçə musiqi aləti üzrə mütəxəssis olsa da, həyatını truba və ikili bas alətlərində ifa etməklə davam etdirib. Çox yoxsul olan ailə Hamburqun kənar məhəllələrindən birində, kiçik evdə yaşayırdı. Brams ailəsi kasıb olsa da evlərində piano, kontrabas və başqa çalğı alətləri var idi. Yohan kiçik yaşlarından bu musiqi alətləri ilə maraqlanırdı. Əvvəllər Yohanın musiqi təhsili ilə atası özü məşğul olurdu. Ata Yohan Yakob rəqs salonlarında və şəhər bandosunda skripka və kontrabas çalan musiqiçi idi. Anası isə evində dərzilik edərək ailə büdcəsinə kömək edirdi. Brams ilk piano dərslərini "yoxsulların müəllimi" olan Otto Kosseldən alır. Atası onun musiqi təliminə böyük yardımçı olsa da, əsər bəstələməsini istəmirdi. Brams uşaqlıq xatirələrində deyirdi: "O zamanlar davamlı olaraq əsər bəstələyirdim. Amma böyük bir gizliliklə və səhərin erkən saatlarında...".

Pianoda göstərdiyi uğurlara görə atası onu hörmətli pianoçu və məhsuldar bəstəkar olan Eduard Marksenə əmanət edir. Brams Marksenin məktəbini, Bethoven və Baxa heyranlıq duyaraq və pianoya aid bilməsi lazım olan hər şeyi öyrənərək bitirir.

Bəstəkarın yaradıcılığı

25 oktyabr 1853-cü ildə Robert Şuman tərəfindən qurulan Yeni Musiqi Jurnalında “Yeni İmkanlar” başlığı altında ilk yazı Brams haqqında yazılıb. Bu yazı Bramsı dünyaya tanıtdı. Şuman, Musiqi Nəşriyyatı Breitkopf və Hertelində Bramsı qəbul edərək nəşriyyatın onun bir neçə işinin yayımlamasını istəmişdi. Onun fərd olaraq bu mövzuya yüklənməsi Bramsı Almaniyada sanki bir gecədə məşhurlaşdırmışdı. İncəsənət həyatına pianoçu kimi atılan Brams Şumana heyranlıqla bağlanmışdı.

Robert Şumanın həyat yoldaşı Klara isə Bramsı uşağı kimi görür, onu qoruyur və tanınması üçün əlindən gələni əsirgəmirdi. Şuman 1854-cü ildə ruhi sarsıntı keçirdiyi üçün xəstəxanaya aparılır, iki il sonra isə həyatdan köçür. Bu olaya çox pis olan Klara və Brams Şumanın xatirəsinə konsertlər verdi. Brams 1858-ci ildə bəstələdiyi “Uşaqların mahnıları” adlı albomunu Şumanın uşaqlarına həsr etdi. Brams hələ 25 yaşında olarkən Detmold musiqi müdirliyinə keçdi. Bu müddətdə həm də məşhur orkest serenedasını yazdı, Hamburq Qadınlar Xorunu idarə etdi.

1872-1875-ci illərdə Vyana Musiqi Akademiyasını və Vyana Musiqisevərlər Dərnəyinin orkestrini qonaq şef olaraq idarə etdi. Ölənə qədər Vyanada yaşadı. Bu şəhəri ikinci vətəni olaraq qəbul edirdi. Ən əhəmiyyətli əsərlərini də burada yazıb. Anasının ölüm xəbərini eşidən Brams bundan çox sarsıntı keçirdi və mövzusunu alman dini yazısından götürərək “Bir alman ağısı” adlı ən gözəl əsərini bəstələdi.

Brams orkestr üçün iki serenada, dörd simfoniya, iki piano konserti, skripka üçün konsert, skripka və violençel üçün ikili konsert, bir cüt orkestr uvertürası – “Akademik Festival”“Faciə” uvertüralarını bəstələyib.

Brams digər romantik dövr bəstəkarlarından daha çox Bethovenə pərəstiş edirdi. Onun evində Bethovenin mərmərdən olan büstü Bramsın işlədiyi masa üzərinə baxırdı. Onun bəzi əsərləri Bethovenin imitasiyasıdır. Brams Motsart və Haydn kimi klassik dövr bəstəkarlarına da dərin rəğbət hissi bəsləyir və əsərlərinin ilk nəşrlərini toplayırdı. Bundan əlavə klassik dövrdən əvvəl Qabrieli, Hasse, Şütz və Bax kimi bəstəkarların da yaradıcılığı ilə yaxından maraqlanır, onların əsərlərini dərindən öyrənirdi. Erkən romantik dövr bəstəkarlarının da Brams yaradıcılığına böyük təsiri olub. Əsasən də ona gənc yaşlarında kömək edən Şumanın təsiri xüsusi qeyd olunmalıdır. Brams tez-tez Robert və Klara Şumanla görüşür və bu görüşlərdə dahi bəstəkarların musiqilərini ifa edirdi. Xalq musiqisinin də Brams yaradıcılığında özünəməxsus təsiri olub. O, 144 alman xalq mahnısına müraciət edib. Əsərlərində bir qayda olaraq folklora müraciət edir və alman kəndli həyatını canlandırırdı. Bramsın dini görüşləri barədə qəti fikir olmasa da, əsərlərində İncilin təsiri açıq-aydın hiss olunur. O, İncili oxumağı çox sevirdi. Brams "Rekviyem"ində humansit ideyanı çatdırmaq üçün İncil mətnlərinə istinad edir. Burada bəstəkar diqqəti ölülərə deyil dirilərə yönəldir.

Brams musiqisi

Bramsın əsərləri bütün Avropa musiqi ənənəsini əhatə edir. Bethoven, Bax, Handel və Palestrinanın Brams musiqisində təsiri var.

Brams musiqisini üç dövrə bölmək olar: Birinci dövr "Ein Deutsches Requiem"ə qədər olan hissə; İkinci dövr İkinci piano konçertosuna qədər olan qisim; Üçüncüsü isə III Simfoniya ilə başlayır. İlk dövrü romantik təməl üzərinə qurulmuş dövrdür. İkinci dövrdə güclü klassik vurğu yer alır. Üçüncü dövr üçün isə romantik və klassik təməlin öz içində əriməsi deyə bilərik.

Brams və Şumen

Bramsın ailə mühitindən və atasının qəbul edə bilmədiyi dar fikirliliyindən xilası 15 yaşında baş verir. 40-cı illərin sonunda ilk bəstəsi hazır olur - Op. 4 Piano üçün Scherzo. Bir tərəfdən də xüsusi piano dərsləri verərək həyatını min bir çətinliklə qazanmağa çalışır. Amma işini ehtiyaclarının söykədiyi ağır yük olaraq görür. Macar skripkaçı Eduard Remenyi və Robert Şumanla tanış olması, gənc pianoçu-bəstəkarın şəxsiyyətinin formalaşmasında böyük təsiri olur. Brams Remenyi ilə birlikdə konsertlər verməyə başlayır. Remenyi Amerikaya gedib gəldikdən sonra, Bramsı Hamburqdakı evindən çıxarır və Almaniyada uğur qazanacaqları turneyə aparır. Bəstəkar, böyük skripkaçı Cozef Hoakimlə tanış olmağını Remenyiyə borcludur. Hoakim və Brams arasındakı yardımlaşma da o zaman başlayıb. Amma Veymarda Lisztə etdikləri ziyarət musiqiçilərdə heç bir müsbət təsir buraxmır. 50-ci ilin əvvəllərində Bramsın intellektual inkişafını tamamlayan başqa bir ad isə Robert Şuman olur. Piyanist Luis Cafa Şumanın piano əsərlərini ona ilk tanıdan adamdır. Musiqiçilə şəxsən tanış olması isə, Remenyiylə çıxdıqları konsert turunun sonunda, 30 sentyabr 1853-cü ildə Düsseldorfda reallaşar. Bu tarix Bramsın həyatının ən əhəmiyyətli tarixidir.

Brams, tanış olmadan əvvəl Şumanın qoca, qürurlu, özündənrazı biri olduğunu düşünürdü. Tanış olduqdan sonra onun nə qədər dostcanlı və xoşbəxt ailə başçısı olduğunu görür. Şuman və məşhur pianoçu arvadı Klara bu gənc istedadı dinlədikdən sonra evlərinin qapılarını ona açır və müvəffəqiyyət qazanması üçün kömək etməyə qərar verirlər. Şuman onun haqqında jurnalda yazır: "Ona güclü avanqard döyüşçü olaraq xoş gəldin deyirik".

Klara öldüyü zaman Brams özünü ölümə məhkum olmuş kimi hiss edirdi. Onsuz da bir il keçmədən Brams da öləcəkdi... Bramsın Detmolddakı vəzifəsi, bölgə xor kollektivi rejissorun yanında, ilin son üç ayındakı konsert mövsümündə orkestrdə pianoçu və dirijor kimi qatılmaqdan ibarət idi. Bundan əlavə o, şahzadələrin musiqi təhsilini də boynuna götürməli olmuşdu. Bu vəzifələrini ehtiras və bacarıqla yerinə yetirdiyi üçün qarşılığını da böyük comərdliklə alırdı. Bu vaxt burada kiçik bir xor meydana gətirir.

Ardınca Hamburqda qadınlar xoru qurub idarə etməyə başlayır. Klara da Hamburqa gedən zaman bu xora qatılırdı. 1859-cu ilin sonunda Brams işindən ayrılır. Bu, onun həyatı boyunca sabit işdən duyacağı çətinliyin ilk əlamətidir. Yenə də bəzi rəsmi vəzifələr əldə etmək istəyən Brams Hamburq Filarmoniyasının rəhbərliyinin ona deyil musiqiçi dostu, operaçı Stokhauzenə verildiyi zaman çox kədərlənir. 1862-63-cü illərin qışında Vyanada bir müddət qaldıqdan sonra, Vyana Şan Akademiyasının rəhbərliyini boynuna götürdüyü zaman sanki yenidən həyata başlayır. Həm repertuar seçimində, həm də təşkilatda çalışır, lakin sonrakı üç mövsüm üçün vəzifə təklif edildiyi zaman səyyah musiqiçi kimi davranaraq bu təklifi rədd edir.

Brams 1862-ci ildə Vyanada o zamanlar çox məşhur olan Vaqnerlə qarşılaşır. Vaqnerə görə, Brams sadə, gözə çox çarpmayan musiqiçi idi.

Heç zaman evlənməyən bəstəkar

Brams ya pianoçu olaraq musiqi turlarına çıxır, ya yoldaşlarını və çox sevimli Klarasını ziyarət edir, ya da şəhər xaricindəki gözəl yerlərdə dincəlir və sonra yenə Hamburqa dönürdü. Onun beynəlxalq istirahət yeri olan Baden-Badenə getmək vərdişi var idi, burada məşhur vals imperatoru sayılan İohan Ştrausla, Klaranın uşaqlıq dostu Paulin Viardot - Qarsia ilə tanış olur. Brams üçün evlilik gözə alına bilməyəcək anlayış olmasına baxmayaraq, həyatına bir çox qadın girib. Amma bu qadınların hamısı onun bəstə işləri zamanı ilham qaynağı olub. Hoakim instrumental əsərləri üçün başlıca məsləhətçisi, xüsusilə piano əsərlərini ithaf etdiyi Klara isə yaradıcı hissənin əsasını tutur. Digər qadınlar isə əsər istehsalının dayaq nöqtələrini tuturdu.

Ehtiraslı və görkəmli əsər olan "Re Minor Piano Concerto"ya həm Hoakim, həm də Klara dəstək verirdi. Hoakim 1859-cu ildə Hannoverdə əsərin ilk dəfə səslənməsinə yardımçı olur. Klara isə piano hissəsini səsləndirir. Amma Bramsın bu əsəri heç vaxt bəyənilmir.

Bramsın həyatında bir çox qadın olmasına baxmayaraq, ən böyük bağlılığı anasına qarşı idi. Ana Bramsın illərcə xoşbəxt evlilik davam etdirməsinə qarşı bu evliliyin bir gün çökdüyünü görür. 75 yaşlı ana Brams 58 yaşlı ata Bramsın onu aldatmalarına göz yummur və ayrılmağa qərar verir. Qısa zaman sonra dünyasını dəyişir. Atası isə yenidən evlənməkdən danışırdı. Ailəsindəki bu hüznlü son Bramsa çox pis təsir edir. Onun üçün bir ağı bəstələyir: "Alman Rekviyemi"

Brams Robert Şumanın həyat yoldaşı, bəstəkar və pianoçu Klaraya çox bağlanır, onunla ömrü boyu davam edən ehtiraslı, lakin platonik münasibətdə olur. O, bir neçə qadına qarşı ciddi fikirli olmasına, hətta 1859-cu ildə Göttingendə Aqate von Sibold adlı xanımla nişanlanmasına baxmayaraq, heç vaxt evlənməyib. Şumanın 1854-cü ildə intihara cəhd edən və dərhal ruhi sanatoriyaya köçürülməsindən sonra Brams demək olar onun ailəsində ev yiyəsinə çevrilir.

Musiqi tarixində Bramsla Şuman haqqında bir-birinə sevən iki səmimi dost kimi bəhs edilir. Brams sahiliyini kəşf edərək ona ilk dəyəri verən Şumana qarşı çox böyük sevgi və hörmət bəsliyirdi. Şumanla tanışlığından qısa müddət sonra Brams bu ailənin ən yaxın üzvlərindən birinə çevrilir. O, Şumanın uşaqlarına baxır, onlarla oynayır və həyat yoldaşı Klara Şumana ev işlərində kömək edirdi.

Robert Şuman anormal dərəcədə əsəbi adam idi. Həyat yoldaşı Klaranı çox sevməsinə baxmayaraq, onu tez-tez incidir, xətrinə dəyirdi. Belə zamanlarda Brams köməyə gəlirdi. Şumanı ağıl xəstəxanasına yerləşdirdikdən sonra Brams evdə onun yoxluğunu hiss etdirməməyə çalışırdı. Bramsın Klaraya qarşı duyduğu hörmət və anlayış yavaş-yavaş ümidsiz sevgi halına gəlmişdi. Klaranın da ona həddindən artıq çox bağlı olmağı Bramsı ümidləndirirdi. Robert Şuman xəstəxanada ölümlə mübarizə apardığı zamanlarda Brams Klaranı bu kədərdən xilas etməyə çalışırdı. Robertin ölümündən sonra bütün fikrini, ürəyini verdiyi qadın sərbəst qalmışdı. Amma bunun bir faydası olacaqdımı? Hər şeyi unudub yalnız özləri üçün yaşaya biləcəkdilərmi? Brams da, Klara da bunun mümkünsüz olduğunu bilirdi. Xatirələr onların xoşbəxt olmağına imkan verməyəcəkdi. Dost qalmaqları ikisi üçün də ən xeyirlisi idi.

Brams bu hadisədən sonra özünü tamamilə musiqiyə həsr etdi. Şumanın yetim qalan övladlarına ögey ata olmaq əvəzinə sevimli əmiləri olaraq qalmağı üstün tutdu. Artıq onun sevgisi də, uşaqları da, hər şeyi bəstələri idi. Buna baxmayaraq, Bramsla Klaranın dostluğu qadının ölümünə qədər davam edir. Klaranın ölümü isə Brams üçün böyük acı idi.

Yardımsevər insan

Bethoven kimi Brams da təbiəti çox sevir və tez-tez Vyana ətrafındakı meşələrə gəzintiyə çıxardı. Brams böyüklərlə qaba və istehzalı davranırdı. Tələbəsi olan Qustav Yenner müəllimi haqqında bunları yazırdı: "Baxmayaraq ki, tək-tük adam onun kimi mehriban ola bilərdi, bununla belə o, qaba adam kimi tanınırdı". Vyana mətbuatında onun "Qırmızı Kirpi" adlı sevimli qəlyanaltısına gündəlik səfərləri və xüsusilə əllərini arxasına çarpazlayaraq gəzməsi qeyd olunurdu. Onunla dostluq edən şəxslər bəstəkara sadiq qalır və o da eyni sədaqət və səxavət borcunu dostlarına göstərirdi.

Yaradıcılıq üslublarının tamamilə fərqli olmasına baxmayaraq, Brams II İohan Ştrausla möhkəm dost idi. Brams hətta ölümündən əvvəl Ştrausun “Die Göttin der Vernunft” operettasının Vyananın “Theater an der Üien” teatrında keçirilən premyerasına getmək üçün xəstəliyi ilə mübarizə apardığı da deyilir. Bramsın Ştrausa verə biləcəyi ən böyük qiymət onun “Mavi Dunay” valsını yaza bilməsinə görə hər şeyi qurban verə bilməsini deməsi olub. Hətta bəzi məlumatlarda deyilir ki, Ştrasun arvadı Adele Bramsdan avtoqraf istəyən zaman o, kağıza "Mavi Dunay" valsından bir-iki not yazıb, daha sonra aşağıdakı sözləri qeyd edib: “Əfsus! Amma bunu Brams yazmayıb".

1860-cı ildən əsərləri böyük uğurla satılan bəstəkarın maliyyə vəziyyəti xeyli yaxşılaşır. Buna baxmayaraq, o, sadə həyat həyat tərzinə üstünluk verir, üç otaqlı sadə evdə yaşayırdı. Pulunun çoxunu isə qohumlarına paylayır və gənc bəstəkarlara anonim şəkildə maliyyə dəstəyi verirdi.

Bəstəkarın ölümü

1877-ci ildə Kembric Universitetinin fəxri doktorluq dərəcəsindən imtina edir. Amma 1879-cu ildə Breslau Universitetinin eyni təklifini qəbul edir və “Academic Festival” uvertürasını bəstələyir. Brams tez-tez səyahətə çıxmağı sevirdi. O, piyada gəzməyi xoşlayır və açıq havada daha aydın düşündüyü üçün vaxtının çoxunu belə gəzintilərdə keçirirdi.

1890-cı ildə 57 yaşlı Brams bəstəkərlıdan uzaqlaşmaq qərarına gəlir. Bununla belə, o fikrində tam qətiyyətlə dura bilmir və ölümünə bir neçə il qalmış yenidən tanınmış əsərlər yazır. Sonuncu əsərini bitirən zaman Brams xərçəng xəstəliyinə tutulur. Onun səhhəti getdikcə pilsəşir və 1897-ci ilin 3 aprel tarixində dünyasını dəyişir. Yohan Brahms Vyananın Zentralfriedhof qəbiristanlığında dəfn olunur.

Dahi

Brams musiqisinin pərəstişkarları onu Bax, Motsart və Bethoven kimi bəstəkarlarla bir səviyyədə tutur. Bramsın musiqləri tez-tez kino və digər incəsənət janrlarında nümayiş edilir. O, Alman Şöhrət QalereyasındaValhall Məbədində də anılıb, 2000-ci ilin 14 sentyabr tarixində Bramsın adı burada 126-cı "Rühmlich ausgezeichneter Teutscher" və on üçüncü bəstəkar kimi təqdim edilib. Ancaq Bramsın həyatı barədə heç bir film çəkilməyib. Denis Arnold özünün Yeni Oksford Musiqi soraq kitabçasında Brams haqqında fikrilərini belə ifadə edir: "Bramsın musiqiçilər arasında hörməti onun sənətkarlıq keyfiyyətləri ilə əlaqədardır. Brams musiqisinin cəlbedici cəhəti onun göz qabağında, amma eynilə təbiətindəki soyuqluğun arxasında gizlənən emosiyaların dərinliyindədir".

Oxşar xəbərlər

Xəbər lenti

Bu gün “Vətən borcu” filminin premyerası olacaq
15:51 13 İyul 2020
Tənqidin sərhədləri - Qismətin Tomas Eliotdan tərcüməsi...
15:10 13 İyul 2020
Məşhur müğənni kitab yazdı
14:25 13 İyul 2020
Bollivud ulduzu koronavirusa yoluxdu
13:37 13 İyul 2020
Elvis Preslinin nəvəsi intihar etdi
12:56 13 İyul 2020
Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları
12:15 13 İyul 2020
Ötən günün müharibə həyəcanı - Samirə Əşrəf yazır...
11:37 13 İyul 2020
Gevorkovun bacısı qızı ilə gəzən azərbaycanlı – Mahir yazır...
11:05 13 İyul 2020
Məşhur rəsm əsəri 22 milyon dollara satıldı
10:30 13 İyul 2020
Yazıçımızın hekayəsi Gürcüstan ədəbiyyat portalında
09:34 13 İyul 2020
“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020