writer1

Sevinc Elsevər

Məqalə sayı

106
clock12:09 calendar-gray 19 İyun 2014 view-gray2992 dəfə oxunub
view-gray2992 dəfə oxunub

Kimsə yapmayacaq altına...

Sevinc Elsevər

Uşaq ədəbiyyatı haqqında

Xaricilər uşaqlara hər şeyi anladırlar, onlara nədənsə danışanda çəkinmirlər. Ölümü, doğuşu, Allahı, yaşamı, kainatı - hər şeyi izah edirlər.

Hektor Malonun "Ailəsiz", Viktor Hüqonun "Səfillər" əsərlərini uşaqlar üçün ekranlaşdırıblar. Qavroş, Kozetta obrazları bizim uşaqların sevimli obrazlarıdır. Ayaqyalın, paltarsız, yoxsulluqla və həyatın acılarıyla uğraşan, anasının onu tapşırdığı ailədən amansızlıq görən, əlifbanı, yazmağı iki daş arasında öyrənən Kozetta...

"Canqema", "Stelina" cizgi filmlərinin qəhrəmanları Canqema və Stelinanın anaları ölüb. Bu qızlar təkbaşına cəmiyyətdə öz yerlərini tapmalıdırlar. Bütün balaca qızlar bu qəhrəmanları sevirlər.

Biz burda uşaqlarımızın qulağına pıçıldayanda ki, sizi leylək gətirib, ya küllükdən tapmışıq, o tərəfdən onlar cizgi filmlərindən işin nə yerdə olduğunu öyrənirlər. Postmodern mətnlər, dialoqlarla tanış olurlar. "Pop" sözü uşaq qəhrəmanlarının dilindən düşmür.

Peppenin məhşur mahnısını qışqıra-qışqıra oxuyurlar: "Çişimiz tualetdə, kakamız tulaetdə, artıq kimsə yapmayacaq altındakı bezə".

Andersonun nağılları hamısı ağlamalıdır, hamısı kədərlidir. "Kibritsatan qız" nağılının sonu necə də pis qurtarır. Atası soyuq, şaxtalı havada qızını məcbur eləyir ki, kibrit satmağa getsin. Axşam düşür. Qız bir dənə də kibrit sata bilmir. Qorxusundan evə getmir, çünki atası onu döyəcək. Küçədə şaxta vura-vura əllərini qızdırmaq üçün kibritlərin hamısını yandırıb qurtarır. Gözünə ölmüş nənəsinin xəyalı gəlir və onu uzaq ulduzlara - öz yanına aparır.

Qızım bu nağılı oxuyanda ağlamışdı. O, için-için ağladıqca mən sevinirdim. Mənim belə ürəyiyumşaq, belə qəlbi təmiz uşağım var, deyə. Başqalarına ürəyi yanmayan insan insan deyil. Mən dünyaya nəcib bir insan gətirmişəm.

Ondan balaca qızım onun qədər rəhmli ola bilmir. Çünki bu onun nağılı deyil. O, hələ Kayu cizgi filminə baxmalıdır. Hələ altı yaşı təzə tamam olub. Kayu ölmüş quşu atasına göstərib ağlaya-ağlaya soruşur ki, quşa nə olub? Atası ölümü izah edir, deyir ki, quş çox yaşlanmışdı. Yaşlananda bütün canlılar ölür. Sənsə, qəm eləmə, hələ balacasan. Və qabaqda səni çox uzun bir həyat gözləyir. Kayu nənəsindən soruşur: "Nənə sən yaşlanmısan?" Nənə deyir ki, mən kifayət qədər yaşlanmamışam, hələ babana və özümə baxa bilirəm. Sonra qəhqəhə çəkir. Bu sözlər uşağı arxayın edir.

Gecənin bir aləmi canavardan qorxan Kayuya anası canavarların olmadığını deyir. Çünki Kayunun ağlı canavarları anlayacaq yaşda deyil.

Amma uşaq artıq 9-10 yaşlarına çatıbsa və sən onunla meşədən keçirsənsə, necə deyə bilərsən ki, canavar adlı varlıq bu dünyada yoxdur.

"Pinin həyatı"nda belə bir yer var. Pi qəfəsdəki pələnglə yaxınlaşmaq istəyir, əlini qəfəsə uzadır, onu çağırır. Bunu görən qardaşı gedib atasını çağırır. Pələng hücum etməyə hazırlaşdığı vaxt atası çatıb Pini qucağına basır. Sonra onun üstünə qəzəblənir, "Heyvanlar bizim dostumuz deyil" - deyir. Sonra da Pinin gözü qabağında aciz bir heyvanı pələngə yem edir. Bu əhvalat Pini sarsıdır. Amma sonra Pi yaşamaq uğrunda təkbaşına okeanda mübarizə aparanda atasının bu dərsi onun köməyinə çatır.

Bizim Süleyman Sani Axundovun "Qaraca qız" əsərindən əla bir cizgi serialı çəkmək olar ki, dünyanın hər yerinə çıxardasan. Bütün dünya uşaqları gözlərini çəkmədən baxa! Qaraca qızın Kozettadan, Stelinadan, Canqemadan, yaxud Kibritsatan qızdan nəyi kəmdir ki? Mən "Qaraca qız" əsərini Azərbaycanda uşaqlar üçün yazılmış ən yaxşı əsər hesab eləyirəm. Qızımı ağlatsa da, kövrəltsə də... Bəs yaxşı əsərlər katarsis, ruhun təmizlənməsi üçün deyilmi?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020
Haqverdiyevlə Üzeyir bəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
16:29 22 Sentyabr 2020