writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock14:19 calendar-gray 12 İyun 2014 view-gray1856 dəfə oxunub
view-gray1856 dəfə oxunub

Kor atı “Köndələn” çapanlar

Sevda Sultanova yazır...

Beynimin imkanları, intellektimin gücü artıq bizim teleməkanı dərk etmək qüdrətində olmadığından onu izləmək fikrindən vaz keçmişəm.

Amma arada-bərədə kanalları dəyişəndə təsadüfən gözümə maraqlı kadrlar dəyir.

...Demə, bu veriliş keçən ildən artıq efirə gedirmiş.

Söhbət Xəzər televiziyasında yayımlanan “Köndələn” proqramından gedir.

Sonradan internetdə də proqramın bir neçə buraxılışını izlədim.

“Köndələn”in formatını, məzmunu qısaca izah eləyim.

Aparıcı ölkəni şəhər-şəhər, kənd-kənd gəzib bizim məsəlləri reallıqda necəsə gerçəkləşdirmək istəyir.

İlk baxışda ideya bəlkə də kiməsə cəlbedici görünə bilər.

Daha çox idiomatik ifadə olan məsəlləri birbaşa mənada praktikada göstərmək, uğursuz, absurd, eyni zamanda xoşagəlməz görüntü yaradır.

Aparıcı Məcid Hüseynovun danışıq tərzini, leksikonunu, koloritli olmamasını bir kənara qoyuram.

Məni bu proqramda sarsıdan, pərt edən bir neçə şey oldu.

Buraxılışlardan birində aparıcı “Uzunqulaq palçığa bir dəfə batar” məsələni həqiqətə uyğun olub-olmamağını göstərmək niyyətinə düşür.

O, getdiyi kənddə yeniyetmə sakinlərlə birləşib bir eşşək tapır.

Eşşəyin başına ipi keçirib palçıqlı gölməçəyə doğru dartırlar.

Yeniyetmələrdən bir neçəsi onu zorla palçıqlı gölməçəyə salıb bulaşdırır.

Məsəli yoxlamaq üçün eşşəyi yuyub yenə palçığa itələməyə çalışırlar.

Amma eşşək onların əlindən qurtulub qaçır.

Vəhşi mənzərə məni çox kədərləndirdi.

Yadıma istər-istəməz Rober Bressonun “Həyat belədir, Baltazar” filmi düşdü.

Hətta bir anlıq mənə elə gəldi ki, film elə bu verilişdəki insanlar haqdadır.

Həmin filmdə də insanlar eşşəyə zülm edir, onunla antihumanist, istədikləri kimi davranır.

Axıra yaxın aparıcı da antihumanist davranışın fərqində olduqlarını hiss elədi:

“Eşşəyə çox əziyyət vermək istəmirəm. Bu məsəlin həqiqət olduğunun özüm də şahidi oldum”.

Başqa bir buraxılışda isə “Özgə ipi ilə quyuya düşməzlər” məsələni göstərmək üçün əvvəlcədən planlaşdırılmış şəkildə, istedadsız rejissura ilə quyuya enmiş aparıcının ipini kəsirlər.

Sonra da aparıcı üzünü tamaşaçıya tutub deyir: “Bunu göstərməkdə məqsədim budur ki, özünüzə güvənin, hərə işin özü görsün” və s.

Məni isə az yaşlı uşaqların intellekti səviyyəsində olan verilişin auditoriyasının kimliyi düşündürür.

Sonra müəllif “Bişmiş aşa su qatmazlar” məsəlini həyata keçirmək istəyir. Yardımlıda yaşlı qadına plovu bişirtdirərək məsəlin həqiqiliyini sübut etmək üçün yeməyə soyuq su tökür.

Adidən adi, banal məntiqin təsdiqi üçün yaşlı qadına əziyyət verib, sonra onun zəhmətini zay eləmək ən azı etikadan kənardır, istedadsız fikirdir.

Bu verilişin əyləncə tərəfi də, funksionallığı da, tamaşaçıya yeni fikir demək imkanı da sıfırdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış aktrisa vəfat etdi
17:44 13 May 2021
Amerikalı rəssamın əsəri 93 milyon dollara satıldı - Foto
15:46 13 May 2021
İnsanın təkbaşına xoşbəxt olması utanılası bir işdir - Kamyudan unudulmaz aforizmlər
14:28 13 May 2021
Nizamiyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir
13:46 13 May 2021
Yəhudi yazıçının kitabını yandırmaq üçün alanlar - Ayxan Ayvaz yazır...
12:30 13 May 2021
Rafiq Tağının üçcildliyi nəşr olundu - Foto
11:25 13 May 2021
"Xarıbülbül" festivalının qala konserti olacaq
10:31 13 May 2021
Bu da bu cür həyatdır – Elçinin hekayəsi
09:29 13 May 2021
“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
Şuşada "Xarıbülbül" festivalı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021