Mən artıq bezmişəm dala getməkdən

Mən artıq bezmişəm dala getməkdən
7 iyun 2014
# 07:30

Qafar Şövqi

Halı var imiş

Çöldə söz eşitdim evin dalından.

Zəhrimar satanın balı var imiş.

Keçib bu dünyanın altı halından.

Şairin yazmağa halı var imiş.

Milləti filmlə hədələyənin,

Əzabla-zülmlə hədələyənin,

Kasıbı ölümlə hədələyənin,

Sözündən də böyük dalı var imiş.

Sehrli xalatda qüvvə olanda.

Dağlarda döyüşlər gündə olanda.

Arxadan vurulan zərbə olanda,

Arşın mal alanın malı var imiş...

Dilənçi özünə bir əlac qıldı.

Əlsizəm, qolsuzam, pulu yığıldı.

Polislər tutanda maska cırıldı.

Sən demə əclafın qolu var imiş...

Adminə yalvarıb-yaxaran çoxdu.

Canların qeyrətdən qurtaran çoxdu.

Çatda öz bacısın çıxaran çoxdur.

Oğraşlıq etməyin yolu var imiş...

Rayonda olmadı toyda, dəfində.

Bakıda kirayə qaldı, sevin dəəə...

Halbuki, rayonda ata evində,

Futbol oynamağa zalı var imiş.

Bir görmək yaxşıdır, yüz eşitməkdən.

Mən artıq bezmişəm dala getməkdən.

Qabağa gedənə kömək etməkdən,

Deyirlər malades, qılı var imiş...

# 998 dəfə oxunub

Oxşar xəbərlər

# # #